ABŞ Rusiya almazlarının idxalına qadağa qoyub

ABŞ Rusiya almazlarının idxalına  qadağa qoyub backend

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi bildirir ki, martın 1-dən etibarən Rusiyada hasil edilən almazların bəzi kateqoriyaları, hətta üçüncü ölkələrdə əhəmiyyətli dərəcədə emal olunsa belə, onların ABŞ-a idxalına qadağa qoyulacaq.

Qaziler.az BBC-yə istinadla xəbər verir ki, bu, G7-nin dekabr ayında qəbul etdiyi qərarın icrasıdır. Hətta o zaman qeyri-sənaye almazlarının idxalı Aİ ölkələri tərəfindən qadağan edilmişdi.

ABŞ-ın qadağası Rusiyada hasil edilən qeyri-sənaye almazlarına, almaz zərgərlik məmulatlarına və Rusiya Federasiyasından hasil edilən və ya ixrac edilən dərəcəli almazlara da şamil edilir.

QAZİLER.AZ

Diaspora