“Aktyorluq arzusu ilə yaşayarkən başqa yerlərdə işləyib pul qazanmışam”.
Bunu Baku TV-nin “Qapqara” verilişində aktyor Nicat Rəhimov deyib.
O, canlandırdığı “Kloun” obrazından danışərkən özünün çətinliklə pul qazandığı dövrü xatırlayıb:
“İlk işim qab daşımaq olub. Bir az təcrübəm olandan sonra ofisiantlığa başlayacaqdım. Yorğunluqdan çox pis vəziyyətə düşmüşdüm. Bir şirvan (iki manat) pul aldım. Evə gələndə anam qarşıladı. Pulu anama verib dedim ki, oğlunun birinci maaşıdır”.
Aktyor “Şirin obrazı” ilə yaddaşlarda qaldığı “Bozbash Pictures” layihəsinin uğurundan da bəhs edib:
“Biz birlikdə daha yaxşı idik. Bu altılıq ölkədə inqilab etdi. Biz rayonlara çəkilişə gedəndə yollar bağlanırdı, hamı ətrafımıza toplaşırdı. Bu, bizim uğurumuz idi”
Ətraflı Baku TV-nin süjetində: