Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışında aparıcı Arzu Kəlbi Vətən müharibəsi qazisi Rəvan Əzizovu ziyarət edib.
Murovdağ uğrunda döyüşlərdə iştirak edən Rəvan Əzizov qazilik hekayəsindən bəhs edib.
O müharibənin ilk günlərindən döyüşlərdə iştirak etdiyini bildirib.
Rəvanın sözlərinə görə, oktyabrın beşində minaatanlardan endirilən zərbələr nəticəsində yaralanıb:
“Minaatanın biri yanıma düşdü. Sonra qəlpə onurğamdan tutdu. Birinci başım gicəlləndi, heç nə başa düşmədim, sonra yerə yıxıldım. Arxada çavuş var idi. O qayıdıb deyəndə ki, bu durmadı, onda mənə çatdı ki, yaralanmışam”.
Rəvan çox çətin şəraitdə xəstəxanaya çatdırıldığını deyib:
“Biz lap yuxarıda idik, Murovdağ istiqamətində yollar da sıldırım qayalıq, məsafə də uzaq. Dörd saat qan itirə-itirə oradan düşmüşəm, qanaxmam davam edirdi. Qəlpə dəyəndən sonra əl-ayağımı hiss etmirdim. Soruşurdum ki, əlim, ayağım yerindədir?”.
Ətraflı süjetdə: