Egey dənizinin adı “Yandex Maps”dən itib

Egey dənizinin adı “Yandex Maps”dən itib backend

Ege dənizinin adı “Yandex Maps” xidmətindən itib. Lakin dənizin özünü axtarışda tapmaq və geolokasiyasına baxmaq mümkündür.

Qaziler.az xəbər verir ki, “RTVI” axtarış sisteminin nümayəndəsinə istinadən xəbər verir.

 Açıqlamada texniki səhvə görə sistemdə Yunanıstan və Türkiyə ilə həmsərhəd olan bu dənizin adının göstərilməməsi izah edilib. Şirkət aydınlaşdırıb ki, bu vəziyyət dünya xəritəsinin texniki olaraq “renderin rahatlığı üçün” hissələrə bölünməsi səbəbindən yaranıb.

“Egey dənizinin ərazisində bir neçə belə hissə birləşir. Diaqramı yeniləyərkən texniki xəta baş verib və coğrafi ad bir müddət yox olub. Çünki yanlış hissədə olduğu ortaya çıxıb və adaları gizlədib”, - “Yandex” nümayəndəsi deyib.

QAZİLER.AZ

Diaspora