Yəməndə ümumi səfərbərlik elan edilib

Yəməndə ümumi səfərbərlik elan edilib backend

Yəmənin şimalında, Husi “Ənsar Allah” hərəkatının Siyasi Bürosunun üzvü Xuzam əl-Əsəd HƏMAS tərəfində insanları Qəzza zolağında döyüşə hazırlamaq üçün ümumi xalq səfərbərliyi elan edilib.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. O, bu məqsədlə on minlərlə könüllü gəncin hərbi təlim keçdiyi təlim düşərgələrinin yaradıldığını açıqlayıb. Əl-Əsəd əlavə edib ki, bir neçə qrup artıq hazırlıqlarını tamamlayıb.

“Qəzza zolağında xalqımıza dəstək üçün ümumi xalq səfərbərliyinə gəlincə, bu, bütün qubernatorluqlarda başlayıb və təlim düşərgələri açılıb”, - o deyib.

QAZİLER.AZ

Diaspora