"2024-cü ildə Rusiya Silahlı Qüvvələri Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqlar tam yerinə yetirilənə qədər xüsusi hərbi əməliyyat keçirməyə davam edəcək və bu, onların prioritet məqsədidir".
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin geniş tərkibdə keçirilən kollegiya iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2023-cü il üçün qarşıya qoyulan vəzifələr yerinə yetirilib.
“Ümumilikdə, Silahlı Qüvvələr tərəfindən 2023-cü il üçün müəyyən edilmiş bütün vəzifələr icra olunub. Ölkənin müdafiə qabiliyyətinin müəyyən edilmiş səviyyədə saxlanması təmin edilib. Gələn il üçün prioritet vəzifələr: Ali Baş Komandanın qarşıya qoyduğu tapşırıqlar tam yerinə yetirilənə qədər xüsusi hərbi əməliyyatların davam etdirilməsidir”, - Şoyqu bildirib.
QAZİLER.AZ