Belarus Qəzza zolağından 43 vətəndaşını və onların ailə üzvlərini təxliyə edib.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə yaxın olan “XİN-in Səsi” “Telegram” kanalı məlumat yayıb.
Kanal qeyd edir ki, Minsk İsrail və Misirdən olan həmkarları ilə əlaqə saxlayaraq, Rusiya Federasiyası və Qətərin köməyi ilə respublika vətəndaşlarının və onların ailə üzvlərinin Qəzzadan çıxarılmasının təşkili istiqamətində iş aparıb.
“Bu günə qədər 43 nəfər Rəfah sərhəd keçid məntəqəsindən Misir ərazisinə keçib. Onların yaxın vaxtlarda vətənə qayıdacağı gözlənilir”, - kanal yazır.
QAZİLER.AZ