Putin çıxış etdiyi tədbirdə hamını Kazana dəvət etdi

Putin çıxış etdiyi tədbirdə hamını Kazana dəvət etdi backend

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Rusiya” sərgi və forumu çərçivəsində açılan “Gələcəyin Oyunlarına 100 gün qalmış” tədbirinin iştirakçıları qarşısında çıxış edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, məlumat Kremlin rəsmi saytında dərc olunub.

“Klassik idman və e-idmanı birləşdirmək ideyası Rusiyanın imicini əks etdirir, hər yeniliyə açığıq, məqsəd irəliyə doğru getməkdir. “Gələcəyin Oyunları”nın iştirakçıları və qonaqları Kazana gələndə özləri görə biləcəklər”, - Putin bildirib.

Rusiya lideri çıxışını “Kazanda görüşənədək!” ifadəsi ilə bitirərək hər kəsi müsabiqədə iştiraka dəvət edib.

"Gələcəyin Oyunları" 100 gün sonra Kazanda başlayacaq - turnir 2024-cü il fevralın 21-dən martın 3-dək keçiriləcək. İlk turnirdə 100-dən çox ölkədən 260 təcrübəli komandanın tərkibində 2 mindən çox idmançının iştirak edəcəyi gözlənilir.

QAZİLER.AZ

Diaspora