Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Əlibəy Əlibəyovun doğum gününü valideynləri, ailəsi onsuz qeyd ediblər. Yaşasaydı, 40 yaşı tamam olacaqdı.
1983-cü il oktyabrın 29-da Xaçmaz rayonunun, Xudat şəhərində doğulan şəhidimiz 21 il Vətənə qüsursuz xidmət edib. O, sağlığında ömrünün çoxunu hərbçi peşəsinə həsr edib.
Ə.Əlibəyov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında böyük qəhrəmanlıqlar göstərib, Azərbaycan Prezidentinin sərəncamları ilə müxtəlif medallarla təltif olunub.
Qarabağda antiterror əməliyyatı keçiriləndə də hərbçi yoldaşları ilə birlikdə döyüşə atılıb. Şəhid qəhrəmanımızın üç övladı bu gün Vətənə əmanətdir.
Daha ətraflı Baku TV-nin süjetində: