Ukraynanın birinci xanımı Yelena Zelenskaya Britaniyanın BBC mediasına müsahibə verib. 45 yaşlı Zelenskaya Rusiya-Ukrayna müharibəsinin ailəsinə emosional təsirlərindən danışıb.
Qaziler.az xəbər verir ki, ailəsi ilə birlikdə olmaq həsrətini ifadə edən Zelenskaya "Bu, bir az eqoistlik ola bilər, amma mənim yanımda tarix yazan şəxsiyyətə deyil, həyat yoldaşına ehtiyacım var. Amma ikimiz də güclü qalırıq, həm emosional, həm də fiziki cəhətdən güclüyük. Əminəm ki, biz birlikdə müharibənin öhdəsindən gələcəyik”, - şəklində danışıb.
Ukraynanın birinci xanımı Olena Zelenska bildirib ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücuma başlayanda o, aylarla uşaqları ilə birlikdə gizli yerlərdə gizlənib.
Müharibədə yaşamaq qeyri-müəyyənliyinin övladları üçün də emosional bədəli olduğunu deyən Ukraynanın birinci xanımı “Təhlükəsizlik riskinə görə yoldaşımla birlikdə yaşamırıq, evlərimiz ayrıdır. Bir-birimizi görmək fürsəti əldə edirik, amma istədiyimiz qədər deyil. Oğlum atasına həsrət qalıb. Övladlarımın heç nə planlaşdırmadığını görmək mənə ağır gəlir. Qızımın 19 yaşı var. Səyahət etmək, yeni hisslər və duyğular yaşamaq arzusundadır. Onların belə bir imkanı yoxdur. Bizim bəzi məhdudiyyətlərimiz var və biz hansısa şəkildə onların daxilində yaşamağa çalışırıq”, ifadələrini işlədib.
Zelenska həmçinin ərinin, uşaqlarının və özünün Kremlin hədəf siyahısında birinci yerdə olduğunu bildiyini deyib.
QAZİLER.AZ