Ermənistanın atdığı addımlar onların sülh yox, revanş istədiyindən xəbər verir - VİDEOMÜSAHİBƏ

Ermənistanın atdığı addımlar onların sülh yox, revanş istədiyindən xəbər verir - VİDEOMÜSAHİBƏ backend

Separatçılar Qarabağda yaşayış məntəqələrinə yeni atəş mövqeləri yerləşdirir. Son günlər mövqelərimizin atəşə tutulması, istər Ermənistan dövləti olaraq, istər lobbi halında Azərbaycana qarşı təxribatyönlü addımlarının sürətlə artması, Azərbaycana hərtərəfli hücum strategiyasının yenidən seçilməsi rəsmi Bakını hansı addımlar atmağa vadar edə bilər? Bu, antiterror əməliyyatı ehtimalını yaxın perspektivdə artıra bilərmi?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən hərbi ekspert Azər Bayramov bildirib ki, Ermənistanın Azərbaycanla sərhəd bölgələrə yaxın ərazilərdə hərbi hissənin yaradılması, artilleriya vasitələrinin oraya daşınması, hərbi təyinatlı yüklərin və texnikaların yaşayış məntəqələrində yerləşdirilməsi düşmənin bir daha riyakar xislətini göstərir.

"Bütün bunlar Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistanın əsas məqsədi Azərbaycana qarşı hər hansı bir təxribat törətməkdir. Azərbaycan ordusunun da təxribata qarşı cavab olaraq həmin nöqtələri zərərsizləşdirəcəyini ermənilər yaxşı bilir. Ermənistan ordumuzun atdığı cavab addımlarından siyasi şou düzəltmək istəyir.

Geniş videomüsahibəni təqdim edirik:

Diaspora