"Din xadimləri təyin edərkən onlarla centlmen şərt kəsirik" - Gündüz İsmayılov

"Din xadimləri təyin edərkən onlarla centlmen şərt kəsirik" - Gündüz İsmayılov backend

"Biz din xadimləri təyin edərkən onlarla centlmen şərt kəsirik".

Bunu "Report"a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanın dini mühitinə xaricdən təsirləri, kənar təsirləri sıfıra endirmək bizim üçün əsas məqamlardan biridir: "Çünki din sahəsində hər hansı xırda bir məsələ belə varsa, mütləq burada bir kənar təsir, ən azı kənar ideoloji müdaxilə var. Ona görə din sahəsinin sağlam qalması, Azərbaycan xalqının bu zənginliklərini qoruyub-saxlamağımız üçün kənar təsirləri sıfıra endirməliyik. Bu istiqamətdə digər aidiyyəti dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları, QMİ ilə birgə kənar təsirləri azaldırıq, mənə elə gəlir ki, hazırda bu istiqamətdə uğurlarımız var".

Dövlət Komitəsi sədrinin müavini bildirib ki, əsas işləri həm də yüksəkixtisaslı kadrlar yetişdirməkdir:

"O kadrlar ki, din sahəsində milli kadr olacaq, Azərbaycanın ziyalı kontingentinin tərkib hissəsinə çevriləcək. Azərbaycanlı kimi düşünəcək, azərbaycanlı kimi yaşayacaq və Azərbaycan üçün çalışacaq. Əsas bunlara nail olmaqdır. Biz din xadimləri təyin edərkən onlarla centlmen şərt kəsirik. Təyin etdiyimiz din xadiminə deyirik ki, sizdən istədiyimiz bircə şeydir: Allaha xatir, Allah rızası üçün millətə, ümmətə xidmət, Vətənə, dövlətə sədaqət. Sırf Allaha xatir, Allah rizası üçün ümmətə, millətə xidmət edən din xadimi Vətəninə, dövlətinə də sadiq oldusa, bizim bu sahədə demək olar ki, problemlərimiz qalmayacaq".

Müsahibənin geniş variantı ilə buradan tanış ola bilərsiniz.

Diaspora