“Xeyir-şər adamı deyiləm. Qohumlarımın 99 faizi onların toy və yaslarına getmədiyimə görə məndən küsür”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində şair Şəhriyar del Gerani deyib.
Qohumları ilə münasibətindən danışan şair onlardan gileylənib:
“Kitab adamına xəstə kimi baxırlar. Qohumlarım var ki, uşaqlarına “ona baş qoşmayın, dəlidir” deyiblər”.
Mərhum ilahiyyatçı Hacı Şahinin vəfatından bəhs edən Şəhriyar del Gerani onu özünə ustad hesab etdiyini qeyd edib:
“Hacı Şahinin dilindən “hər şey yaxşı olacaq” cümləsi elə səslənirdi ki, adam ona inanırdı. Son vaxtlar düşdüyümüz depressiyanın səbəblərindən biri Hacı Şahinin gedişi oldu”.
Daha ətraflı süjetdə: