Sabiq xarici işlər naziri Elmar Məmmədyarov son günlər sərhəddə və Qarabağda baş verən gərginlik, sülhməramlıların işi, sülh sazişi və sabiq nazirin fəaliyyətdə olduğu dönəmlə bağlı danışıb.
News24.az-a müsahibə verən sabiq nazir 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirməyin vacib məsələ olduğunu bildirib:
“Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi”.
Elmar Məmmədyarov şəxsi yaşantısından da danışıb:
“Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm. Azərbaycan dilində danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm”.
Müsahibəni təqdim edirik: