Həkim səhvinin qurbanı “Ələkbər əmi” öləcəyi günü öncədən necə öyrənmişdi? - VİDEO

Həkim səhvinin qurbanı “Ələkbər əmi” öləcəyi günü öncədən necə öyrənmişdi? -  VİDEO backend

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin növbəti buraxılışı uşaqların “Ələkbər əmi” kimi tanıyıb sevdiyi Əməkdar artist, aktyor Ələkbər Hüseynova həsr olunub.

Mərhum aktyorla bağlı xatirələrindən danışan sənət dostları onun aldığı “Təbəssüm” ordeninin önəmindən bəhs ediblər.

“Beynəlxalq orden idi. Onu hər adama vermirdilər. Bu ordeni Barış Manço da, Fransanın prezidenti də almışdı. Çox böyük mükafat idi”, - deyə Əməkdar artist Ayşad Məmmədov vurğulayıb.

2007-ci il avqustun 2-də 46 yaşında dünyasını dəyişən Ə.Hüseynov həkim səhvinin qurbanı olub.

Bəs mərhum aktyor öləcəyi günü öncədən necə öyrənmişdi?

Ətraflı Baku TV-nin “Retro Baku” verilişində:

Diaspora