Hulusi Akarın danışarkən kövrəldiyi şəhidin evindən VİDEOREPORTAJ

Hulusi Akarın danışarkən kövrəldiyi şəhidin evindən  VİDEOREPORTAJ backend

Bu gün baş leytenant Valeh Məmiyevin Vətən müharibəsində şəhid olmasından iki il ötür. 

Bu münasibətlə “Qafqazinfo” Valeh Məmiyevin ailəsindən hazırladığı videoreportajı təqdim edirik:

Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin atası İsbat kişi ilə söhbət edəndə, belə bir cümlə işlətdi – “Tank hazır tabutdur”.

Təkcə bu cümlə şəhid Valehlə yanaşı, döyüşlərdə iştirak edən digər tankçılarımızın da qəhrəmanlığının bariz nümunəsidir. Bu, adi bir cümlə deyil, bu, ölümün gözünə dik baxmaqdır, içində olduğun tankın hər an hədəfdə olduğunu bilə-bilə ölümə getmək, düşmənin üzərinə şığımaqdır!

Valehin qəhrəmanlığı təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarından kənarda olanların da diqqətini çəkir. Bunlardan biri də Türkiyənin milli müdafiə naziri Hulusi Akar olur.

Hulusi paşa növbəti dəfə Bakıda Valehdən danışır və bu an kövrəlir, göz yaşlarını saxlaya bilmir...

Diaspora