Böyük Britaniya Qərb müttəfiqləri ilə birlikdə Rusiyanın İnterpoldan çıxarılmasına çalışacaq.
“Report” xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxış edən daxili işlər naziri Priti Patel bildirib.
“Ukrayna hökuməti bu gün Rusiya hökumətinin İnterpola üzvlüyünün dayandırılmasını tələb edib. Biz buna nail olmaq üçün beynəlxalq səylərə rəhbərlik edəcəyik”, - nazir deyib.