"Dünya artıq başqalaşıb, biz tədricən işin yeni formatına, həyatın yeni formatına, özünütəcrid rejiminə öyrəşirik. Əlbəttə, ünsiyyət çatışmazlığını hiss edirik. Beynəlxalq forumlara gəldikdə isə, siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, artıq Azərbaycan, ilk növbədə, humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib".
Qaziler.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Rossiya 24” telekanalında yayımlanan “Hakimiyyət formulu” verilişində bildirib.
"Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən və təşəkkülündə sizin, Mixail Solomonoviç, şəxsən çox böyük rol oynadığınız Bakı Beynəlxalq Humanitar Forumu da, Mədəniyyətlərarası Dialoq Forumu da, keçirilməsi bu gün təxirə salınmış çoxlu başqa tədbirlər də suallar doğurur: biz onları necə keçirəcəyik? Lakin mənim fikrimcə, əsas məsələ, hər halda, o cümlədən beynəlxalq praktika məsələlərində əməkdaşlığın məzmununu, bu sahədə müsbət təcrübəni qoruyub saxlamaqdır", - İlham Əliyev qeyd edib.