"İstənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər” - Prezident

"İstənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər” -  Prezident backend

“Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı jurnalistin Ermənistanın zaman-zaman törətdiyi təxribatlar, baş verən ciddi toqquşmaların bir daha baş verməməsi üçün Azərbaycanın hansı rıçaqlardan istifadə edəcəyi və delimitasiya, demarkasiya ilə bağlı bu il hansı tədbirlərin görüləcəyi ilə bağlı sualına cavabında deyib.

Dövlətimizin başçısı deyib ki, istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli, istərsə də gələcəklə bağlı siyasətimiz tam aydındır. “Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki, biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Diaspora