ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kauzlariç Qazaxıstanda yaşanan son hadisələrlə bağlı Moderator.az-a müsahibə verib.
- Cənab Kauzlariç, Qazaxstanda baş verən son hadisələrlə bağlı nə düşünürsünüz?
- Suveren, müstəqil Qazaxıstanın sürəti şəkildə süqutu bütün dünyanın olduğu kimi mənim də diqqət mərkəzimdədir. Avtokratik rejimin KTMT-yə müraciət etmədən bu etirazları idarə edə bilməməsi, korrupsiyaya qarşı etirazları boğmağa Qazaxıstan rəhbərliyinin nə qədər həssas yanaşmasını göstərir. Bu hadislər ABŞ-ın Əfqanıstandan çıxması ilə son zamanlar Əfqanıstan hakimiyyətinin dağılmasının əksi idi. Görünür, Əfqanıstan rejimi ABŞ ordusu olmadan yaşaya bilmədi. Həmçinin, Qazaxıstan rejimi də Rusiyanın hərbi iştirakı olmadan yaşaya bilmədi.
- Bəs qısa müddətdə etirazların bu qədər böyüməsinin və Qazaxstan prezidentinin KTMT-ni vaxt itirmədən öz ölkəsinə dəvət etməsinin başlıca səbəbi nə idi?
- Mən bunu izah etmək üçün Qazaxıstanın bu günlərdəki daxili vəziyyətini o qədər də yaxşı başa düşmürəm, lakin avtokratik kleptokratiyadan xalqın kəskin narazılığının miqyası hamını təəccübləndirdi. Qazaxıstan təhlükəsizlik xidmətlərinin böyüklüyünə və Qazaxıstan cəmiyyətinin bütün aspektlərinə nüfuz etməsinə baxmayaraq, onlar baş verənlərə nəzarət edə bilmədilər. Rejimin sağ qalmasının yeganə yolu dəstək üçün Rusiyaya (KTMT vasitəsilə) müraciət etmək idi. Bu onu göstərir ki, Tokayev hakimiyyətdə qala bilər. Lakin müstəqil Qazaxıstanın gələcəyi şübhə altındadır.
- Qazaxstanda baş verən etirazlarla bir müddət öncə Belarusda baş verən etirazlar arasında nə kimi oxşar və fərqli məqamlar var?
- Hər iki ölkədə xalqın narazılığına səbəb olan kütlənin reaksiyası təbii ki, fərqlidir. Xalq iğtişaşları ilə üzləşəndə Lukaşenko və Tokayevin cavabı isə eynidir - həddindən artıq zorakılığa əl atmaq, minlərlə vətəndaşını həbs etmək və Moskvanı korrupsiyaya uğramış rəhbərliyin hakimiyyətdə qalmasını təmin etməyə çağırmaq
- Maraqlıdır, necə düşünürsünüz, KTMT-nin Qazaxıstana daxil olmasına Qərb və NATO niyə bu cür soyuqqanlı reaksiya verdi?
- Məncə, ABŞ və Qərb Qazaxıstandakı hadisələrə Belarusda baş verənlərə necə reaksiya verirsə, o cür reaksiya verməlidir - Qazaxıstan vətəndaşlarının insan hüquqlarının kütləvi şəkildə pozulmasına görə rəhbərliyə qarşı iqtisadi sanksiyalar tətbiq etməlidir.