“Bunkerdən bayıra çıxanda o iki siqaret yandırdı, hərəmizə birini. Siqaret çəkdiyimiz zaman o məndən soruşdu ki, yaram dərindir? Mən cavab verdim ki, ayaq üstdə dayanmaqda çətinlik çəkirəm. Bu zaman o, dostlarından birini çağırdı, “Tramadol” dərmanını göstərdi və mənə iynə vurmaq üçün icazə aldı”.
Bu sözləri Vətən müharibəsi haqqında danışan erməni əsir deyib. O, əsir götürülərkən sonra Azərbaycan hərbçilərinin onunla davranışı barədə etiraflar edib.
“O, mənə iynə vurdu, daha sonra söhbət etməyə başladıq. Məndən soruşdu ki, özümü daha yaxşı hissedirəmmi? Sonra dedi ki, 30 dəqiqə sonra gedəcəklər və onların hərbçiləri buraya gələcəklər. Bunkerdə 20 nəfər belə olsanız, sizin onlarla mübarizə aparmağınız mənasızdır. Öldükdən sonra biz sizin cəsədlərinizi təhvil verəcəyik. Amma razı olsanız, sizi indi götürüb, Bakıya göndərə bilərik. Söz verirəm, sizə heç kim toxunmayacaq və hörmətsiz davranmayacaq”, - deyə erməni əsir əlavə edib.
O qeyd edib ki, mən doğrularla üz-üzə gələndə başa düşdüm ki, bu millət mübarizə aparmağı bacarır. Biz onları düzgün qiymətləndirməmişik. Düşmənini heç vaxt zəif bilməməlisən.