Baku TV-də yayımlanan “O Kimdir?” verilişinin budəfəki qonağı işğaldan azad olunmuş Xocavəndin Tuğ kəndindən olan tarix müəllimi Ramiz Cahangirovdur.
Müəllimin sözlərinə görə, 29 il əvvəl Tuğu tərk etməyərək erməni vəhşiliyinin şahidi olan 57 sakindən biri olub.
Ramiz Cahangirov deyir ki, ermənilərin bütün kəndi, eləcə də onun evini yandırmasını öz gözləri ilə görüb.
Tuğ sakini dərs dediyi məktəbdə təhsil alan 9-cu sinif şagirdinin ermənilər tərəfindən qətlə yetirilməsindən, həmin məktəblinin mərdliyindən də bəhs edib.
Sözügedən verilişi təqdim edirik: