Baku TV-də yayımlanan “44 gün əsgər Rəşadla” verilişinin budəfəki buraxılışı şəhid baş kəşfiyyatçı Araz Məmmədova həsr olunub.
Arazın müharibəyə yollanmasından, Vətən sevgisindən danışan şəhid anası övladının döyüşə sevinclə, tərəddüdsüz getdiyini qeyd edib.
“Ürəyimə damıb, döyüş başlayan kimi ilk şəhid mən olacağam dedi və elə də oldu”, - deyə şəhidlə bağlı döyüş xatirələrindən danışan Ceyhun Sədrayev deyib.