XTQ komandanı Şuşanın azad olunmasının sirlərini açıqladı

XTQ komandanı Şuşanın azad olunmasının sirlərini açıqladı backend

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı, general-leytenant Hikmət Mirzəyev Şuşanın azad olunması əməliyyatından danışıb.

Qazilər.az bildirir ki, Hikmət Mirzəyev Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmində deyib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə əsasən Şuşa əməliyyatı planlaşdırılıb.

“Digər rayonların azad edilməsindən fərqli olaraq, Şuşa əməliyyatında mənim tərəfimdən xüsusi tələblər qoyuldu. Əsas diqqət, güc tapşırıqların yerinə yetirilməsinə cəmləndi”, - deyə Hikmət Mirzəyev bildirib.

Onun sözlərinə görə, yuxarı komandanlığa konkret hansı tarixdə Şuşanın azad olunması barədə də danışıb.

“Biz Hadrutu, Füzulini işğaldan azad etdikdən sonra gecə-gündüz yerdən və havadan Şuşanın kəşfiyyatını apardıq. Əməliyyatın ilk günü mən əmin idim ki, Şuşanı işğaldan təmizləyəcəyik. Hətta mən Müdafiə Nazirliyində olan bir-iki nəfərə də bu barədə bildirmişdim”.

Hikmət Mirzəyev qeyd edib ki, Vətən müharibəsinin birmənalı olaraq qəhrəmanları Azərbaycan əsgərləridir.

“Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin həlledici rolu və tarixə düşəcək əfsanəvi şücaəti danılmazdır. Bizim şəxsi heyətimiz bütün risklərə hazır idilər. Mənim planda nəzərdə tutduğum bütün fəaliyyətləri sözsüz və dəqiqliklə, vaxtında icra etdilər. Şəxsi heyət bununla bağlı inanılmaz və əfsanəvi qəhrəmanlıq ortaya qoydu”, - deyə o əlavə edib.

Hikmət Mirzəyev bildirib ki, Şuşanın azad olunması bütün millətimiz üçün başucalığı idi:

“Biz öz şərəfimizi geri qaytardıq. Biz təkcə Şuşanı yox, Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq, şərəfini bərpa etdik”.

loading...
Diaspora