Həmid Həmidov və Natella Osmanlının təqdimatında “İkisi birinə qarşı” populyar şousunun növbəti sayı yayımlanıb.
Baku TV-nin efirində tamaşaçılarla görüşə gələn verilişin budəfəki qonağı Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev olub.
Son iki həftə ərzində ölkə KİV və sosial şəbəkələrdə diqqət mərkəzinə düşən yazıçı məşhur statusunun “tarixçə”si barədə danışıb. O, fəal ictimai mövqeyinə görə bəzi şəxslər tərəfindən qəsdən hədəfə alındığını bildirib.
Ç.Abdullayev biznes siniflə uçması və yalnız beş ulduzlu hotellərdə qalmasını sırf işgüzar tələblərlə izah edib.
Həmçinin, yazıçı Birinci Qarabağ müharibəsinə dair dediklərinə aydınlıq gətirərək, həmin müharibədə altı qohumunun həlak olduğunu qeyd edib.
Daha ətraflı “İkisi birinə qarşı”nın yeni buraxılışında: