1993-cü ildə bir yandan Kəlbəcərin işğalı baş verərkən, digər tərəfdən isə əsirlik həyatının başlandığı gün idi.
Ailəsi ilə bərabər düşməndən qaçıb canlarını qurtarmaq istəyirdilər, amma alınmadı.
Müşfiq Əliyevlə bərabər bacısı da onunla birlikdə əsirlik həyatı yaşayıb, ağır işgəncələrə məruz qalıb. Atası, anası və balaca qardaşı isə elə həmin gün ermənilər tərəfindən güllələnib.
Üç il əsirlikdə qalan bacı və qardaş dövlət xətti ilə azad olunur. Bəli, bu gün Əliyevlərin timsalında yüzlərlə, minlərlə azərbaycanlı erməni işgəncələrinə məruz qalıb, əsir düşən bir çox vətəndaşımızın taleyindən isə hələ də bixəbərik.
Hər il 30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü münasibətilə Ermənistanın Azərbaycana qarşı təcavüzü bir daha xatırlanır və dünyaya çağırış edilir.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 890 nəfər itkin kimi qeydiyyata alınıb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək, onların sonrakı taleyi barədə indiyədək məlumat vermir.
Daha ətraflı Baku TV-nin süjetində: