"Çempionatın səviyyəsindən razı deyiləm" - Qurban Qurbanov

"Çempionatın səviyyəsindən razı deyiləm" -  Qurban Qurbanov backend

“Çox gərgin oyun alındı. Həm də vacib xal qazandıq. Komandanı optimal heyətə gətirmək çox çətin idi. Futbolçularımız çətinlik çəkdilər. Düşünürəm ki, 1 xala layiq idik. Sənan Qurbanova da uğur arzulayıram".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 21-ci turunda "Keşlə" ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.

- Kapitan Maksim Medvedev niyə oynamadı?

- Dünən onun qızdırması qalxdı. Narahat olduq ki, birdən Covid-19-a yoluxar. Ancaq səhər yoxlanıldı. Hər şey qaydasındadır. Ümid edirəm ki, yaxın zamanda sıraya dönər.
 
- Mahir Emrelinin yoxluğu nə dərəcədə hiss olundu?


- Bu gün gördünüz ki, tam rotasiya edə bilmədik. Ancaq biz dəfələrlə Mahirsiz və Qarasız oynamışıq.  Bu gün rəqibə qarşı oynamaq çətin idi. Müdafiədə çox kompakt oynayırdılar. Matçda dəyişikliklər etmişdik. Bu barədə məşqlərdə işləməliyik. İstər-istəməz bəli, Mahirin olmaması hücum xəttində özünü göstərdi. Hücumu gücləndirmək istəyirdik, ancaq çətinlik çəkirdik. Ovusunu neçə vaxtdır bu mövqedə oynatmırdıq. Əlimizdə gənc futbolçular var. Çalışırıq ki, onların da ustalıq səviyyəsini qaldıraq.

Sizcə, "Neftçi"nin məğlubiyyəti bundan sonrakı oyunlara necə təsir edəcək?

- Son dəqiqələrdə vurulan qol oyunçulara inam verir. Qarşıda oyunlar var. Bütün matçlarda diqqətli olmalıyıq. Bəzən məğlubiyyət komandaların xeyrinə olur. Qarşıdakı turlarda turnir cədvəlində yerlər dəyişilə bilər.

- "Neftçi" uduzdu, siz isə xal itirdiniz. Çempionatn səviyyəsinin qalxdığını demək olar?

- İki oyuna görə çempionatın səviyyəsinə qiymət vermək olmaz. Mən həmişə bir xala önəm vermişəm. Get-gedə bütün komandalar bir-birini o qədər yaxşı tanıyır ki, onlara qarşı oynamaq asandır. Çempionatın səviyyəsindən razı deyiləm. Daha yaxşı olmasını istəyirəm. Avropada yaxşı oynamaq üçün çempionatın səviyyəsi qalxmalıdır. Çempionatdakı komanda sayı azalmasın. Həmişə demişəm ki, say artmalıdır. Heç bir komandaya eyni rəqiblə 4-6 dəfə oynamaq xoş deyil. Nə qədər çox komanda olsa, o qədər yaxşıdır. 

- 4-cü hakimlə nəyi müzakirə edirdiniz?

- Onları qınamaq istəmirəm. Bəzi epizodlar var idi. Baş hakimə yox, köməkçiyə yaxınlaşıb iradımı bildirdim. Elə hallar var ki, nəticəyə təsir edir. Rəvan Həmzəzadə oyunun tempini aşağı salmır. Belə hallar olacaq. Bəlkə özü də həzz alır ki, oyun dayanmasın. Son vaxtlar hakimlərimizdə inkişaf görürəm. Onlara uğurlar arzulayıram. Epizoda görə ona hirslənə bilərəm. Amma oyundan sonra münasibətim tamam fərqli ola bilər.

Diaspora