Selçuk Bayraktar: ”Gənclik illərimizdə Qarabağ məsələsi içimizdə yara idi” -  VİDEO backend

Selçuk Bayraktar: ”Gənclik illərimizdə Qarabağ məsələsi içimizdə yara idi” - VİDEO

Pilotsuz uçuş aparatların tanınmış mütəxəssisi, əfsanəvi “Bayraktar” hərbi dronlarının yaradıcısı Selçuk Bayraktar Bakıdadır.

O, Azərbaycan Televiziyasına müsahibə də verib.

“Gənclik illərimizdə Qarabağ məsələsi içimizdə yara idi. Bu yara 30 il idi qanayırdı. Mühəndis olaraq bu zəfərə bir qatqımızın olması həyatımız boyu əldə edə biləcəyimiz ən böyük şərəfdir” deyən Bayraktar ölkəmizdə nəzərdə tutulan layihələrdən danışıb.

O, Bakıda dünyanın ən böyük hava Texnologiya festivalı - “Teknofest”in təşkil olunacağını qeyd edib.