"Solar Impulse 2" adlanan təyyarə Əbu-Dabidən start götürəcək 2015-ci ildə Yer ətrafında eniş etmədən uçuş həyata keçirməsi planlaşdırılan Günəş batareyalı təyyarə dünya səyahətinə başlayacaq.
QAZİLƏR.AZ-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, "Solar Impulse 2" adlandırılan təyyarənin bu səyahəit fevral, ya da mart ayında baş tutacaq. Bu barədə layihə təşkilatçıları bildiriblər.Bu, ötən il təqdim edilmiş "Solar Impulse" adlı Günəş enerjisi ilə işləyən təyyarənin yenilənmiş versiyasıdır. İcraçılar bu təyyarələr vasitəsilə enerjinin alternativ mənbələrindən istifadənin geniş imkanlara malik olduğunu diqqətə çatdırmaq istəyirlər.
Beş aylıq uçuş zamanı təyyarə yalnız günəş batareyalarından qidalanaraq 35 min kilometr yol qət etməlidir.
Əbu-Dabidən başlayacaq ekspedisiya Hindistan, Çin, ABŞ və Aralıq dənizinin ərazilərindən keçməlidir. Təyyarənin Birləşmiş Ərəb Əmirliyinin paytaxtına dönüşü isə iyulun axırı – avqustun əvvəllərinə planlaşdırılır.
Günəş enerjisi ilə işləyən təyyarənin ağırlığı 2,3 ton təşkil edir. Onun qanadlarının səthi 17 min fotoelementlə örtülüb ki, bu da elektrik mühərrikləri Günəş enerjisi ilə qidalandırır və onun sürətini saatda 140 kilometrə çatdırmağa imkan verir. Gün ərzində Günəş panelləri litium-ion batareyalarını enerji ilə doldurur, bu isə gecə vaxtı da təyyarənin mühərriklərinin işini təmin edir.