“Telegram” messencerinə yeni funksiyalar əlavə edilib

“Telegram” messencerinə yeni funksiyalar əlavə edilib backend

“Telegram” messencerinə yeni funksiyalar əlavə edilib.

Belə ki, artıq çatdakı mesajları, həmçinin qruplara və kanallara dəvət üçün müvəqqəti linkləri avtomatik silmək mümkün olacaq.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Telegram”ın rəsmi bloqunda məlumat verilib.

Yenilik istifadəçilərə göndəriləndən 24 saat və ya yeddi gün sonra bütün söhbət iştirakçıları üçün mesajların avtomatik silinməsini konfiqurasiya etməyə imkan verəcək.

Qruplarda və kanallarda yalnız administratorlar avtomatik mesaj silməsini aktiv edə bilər.

Əvvəllər bu xüsusiyyət yalnız gizli çatlarda mövcud idi.

Bundan əlavə, qruplarda artıq qeyri-məhdud sayda üzv ola bilər.

Həmçinin vidcetlər sayəsində istifadəçilər smartfonun ana ekranından söhbətlərə sürətli giriş əldə edə biləcəklər.