NASA Pluton və Haronun rəngli fotolarını yaydı

NASA Pluton və Haronun rəngli fotolarını yaydı backend

NASA Pluton və onun peyki Haronun yeni rəngli fotolarını yayıb. “New Horizons” planetlərarası stansiyası Pluton və onun peyki Haronun yeni fotolarını göndərib. NASA-dan bildirilib ki, kosmik cisim yekcins deyil və müxtəlif tərkiblidir.

Fotolar Pluton və Haronun əsl görüntüləri deyil, ekspertlər xüsusi filtrlərlə şəkillər üzərində işləyiblər. Bu, onların səthindəki fərqlilikləri görməyə imkan yaradıb. Hazırda tədqiqatçılar Plutonun müxtəlif hissələrinin hansı maddələrdən ibarət olduğunu və onların bu şəkildə necə formalaşdığını müəyyən etməyə çalışırlar.

Qeyd edək ki, iyulun 14-də “New Horizons” Plutona maksimum yaxınlaşaraq cırtdan planetin görüntüsünü yerə göndərib. Foto 760 min km məsafədən çəkilib. Plutonun səthində qəlbə bənzər işıq ləkəsi görünür. Qaranlıq qütb, krater və bir neçə oyuq da fərqləndirmək olur.
Diaspora