Şəkilə görə bacısını toyundan bir gün əvvəl güllələdi

Şəkilə görə bacısını toyundan bir gün əvvəl güllələdi backend

Hindistanda kişi öz bacısını toyuna bir gün qalmış öldürüb

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, hadisə hindistanlının bacısının sevgilisi ilə şəkilləri yayıldıqdan sonra olub.

Qanlı olay Hindistanın Uttar-Pradeş ştatındakı Meratx şəhərində baş verib. Toy şənliyi ərəfəsində qızın sevgilisi onların bir yerdə çəkilmiş fotolarını sosial şəbəkədə yayaraq onu qızın qohumlarına yollayıb.

Şəkilləri görən və əvvəldən onların münasibətinin əleyhinə olan gəlinin qardaşı qəzəblənərək dostundan silahını alaraq bacısını güllələyib.

Onu həbs ediblər. Hindli cinayəti törətdiyini inkar etməyib.

Maraqlı hadisələrdən biri isə 2019-cu ildə baş verib. Britaniyalı gənc qız toy ayaqqabısının içindən xərçəng xəstəliyindən dünyasını dəyişmiş anasının məktubunu tapıb: “Ümid edirəm ki, bu gün sənin həyatında sehirli gün kimi yadda qalacaq. Mən səni çox, həm də çox sevirəm və bağrıma basıram. Öpürəm. Anan.“ - deyə məktubda yazılıb.

Diaspora