Yay mövsümündə hər kəs istirahət üçün daha gözəl yerlər axtarışında olur. İstədiyiniz kimi istirahət edib yeni iş mövsümünə enerjili, bütün gərginliyi geridə buraxmış halda gəlmək istəyirsinizsə, təbiətin qoynuna atılın. Aile.lent.az 2015-ci ilin ən möhtəşəm otellərini təqdim edir.
Kingston TreeHouse, Cənubi Afrika. Bu lüks oteldə səmanı uzandığınız yerdən izləyə bilərsiniz.
Attrap Reves otel, Fransa. İnanıram ki, heç vaxt yay istirahətinizi bir şar balonun içində keçirməmisiniz. Bu, sizin üçün çox fərqli bir yer olacaq. İnanılmaz hüzur əldə edəcəksiniz.
Plane otel, Kosta Rika. 1965-ci ildə 727 təyyarəsinin gövdəsini bərpa edərək otelə çeviriblər.
Mirrorclube TreeHouse otel, İsveç . Ən möhtəşəm ağac evlərindən biridir.
Berlin`ki Caravan otel, Almaniya. Təbiət qoynunda çadır qurub dincəlməyi sevir, ancaq havanın pis keçməsindən, yağış yağmasından qorxursunuzsa, bu otel sizin üçün möhtəşəm bir seçimdir.
Free Spirit Sphers, Kanada. Sizə azad bir ruh yaşadacaq.
Fairy Chimney Otel, Türkiyə. Kapadokyanın mərkəzində bir otel.
Giraffe manor, Keniya. Zürafələrlə yaşamaq sizə fərqli zövq verəcək.
Ascher Cliff, İsveçrə. Dik kənarlı dərələr tətildə həyəcan axtaranlar üçündür.
Kakslauttanen oteli, Finlandiya. Qütb işıqlarını seyr etmənin dadı bir başqadır.
Glass Floor Udang otel, Bali, İndoneziya. Nağıl kimi bir oteldir.
Teafield otel, Şri Lanka. Bu sehirli otel möhtəşəm dəri mənzərəsi ilə insanı heyran edir.
Floating otel in Zanzibar, Tanzaniya. Bütün zamanların ən yaxşı oteli sayılır. Dənizin fərqli dünyasını görəcəksiniz.