Südün insan orqanizminə faydaları

Südün insan orqanizminə faydaları backend

İnsan orqanizmi üçün südün əhəmiyyəti Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu bişirərkən 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür. Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür,ancaq əgər zəruridirsə onda çiy bişirilməmiş təzə keçi südü də vermək olar.

Keçi südü
Çiy keçi südü ən təmiz , faydalı ərzaqlardan biridir. İnək südü haqqında onu demək olmaz, çünki o çoxlu selik əmələ gətirir. Keçi ən təmiz ev heyvanıdır. Onun ifraz edən orqanları ideallığa daha çox yaxındır. Ona görə də keçi südü inək südündən daha çox yaxşıdır.İçki qəbul edən və siqaret çəkən ananın südündən çox üstündür. Bəzi mənbələrə görə keçilərin vərəm, brusselyoz və başqa xəstəliklərlə xəstələnmə ehtimalı mümkündür. Bunun üçün yaxşı olar ki, süd qəbulundan əvvəl həkiminiz və ya bu barədə daha məlumatlı səhiyyə işçisi ilə məsləhətləşəsiniz..( Yeri gəlmişkən qeyd olunmalıdır ki, keçilər xüsusilə brusselyoz xəstəliyinə çox həssasdır. Fransada keçiləri brusselyozun "anası" adlandırırlar. Odur ki, keçilərdən vaxtaşırı qan alıb brusselyoza qarşı yoxlanması, təsərrüfatda sağlamlaşdırma tədbirlərinin aparılması bu xəstəliyin kökünü kəsə bilər.) Keçi südünün keyfiyyəti inək südündən çox keyfiyyətlidir. Başqa qidalardan fərqli olaraq, keçi südü həmcinsdir. Çox miqdarda niatin və tiamindən ibarətdir. Körpələrdə ishal olan zaman keçi südünün çox böyük faydası var.Bu onunla izah olunur ki, onun tərkibində çoxlu tiamin var. Keçi südünün tərkibində olan tiamin "B" qruppasından olan vitaminlərdən biridir. Bütün hamının həyatında doğulandan ölənədək baş verən əsas proseslərdə həmin maddə çox böyük rol oynayır.

Süd uşaqlıq və yetkinlik dövründə güclü sümük və diş meydana gəlməsini təmin edir, sümük sıxlığını artırır, sağlam böyüməyə, xüsusilə də 1-4 yaş dövründə zehni inkişafa köməkçi olur.
Böyüklər və yaşlılarda isə, sümük sağlamlığının qorunmasında təsirli rol oynayır və bədənin ehtiyac duyduğu zülal, kalsium, fosfor, B2 vitamini kimi bir çox qida elementini təmin edər. Buna görə daha sağlam və keyfiyyətli bir həyat üçün, uşaqların, gənclərin, hamilələrin hər gün ən azı 2 stəkan süd və 1 boşqab südlü məhsul, böyüklər və yaşlıların da ortalama 2 stəkan süd içmələri lazımdır.

Kalsium mineralının təməl qaynağı

Südün ən əhəmiyyətli və ən çox bilinən faydası kalsiumla zəngin olmasıdır. Çox funksional bir mineral olan kalsiumu süd və süd qrupu qidalar qəbul etmədən təmin etməyimiz mümkün deyil. Süd qrupu yeməklər; süd, qatıq, ayran, kefir və pendirdir.

Fosfor mineralı cəhətdən olduqca zəngin

Süddə olan kalsium və fosfor balanslı bir quruluşdadır, bədənə faydası olduqca yüksəkdir. Fosfor zülal maddələr mübadiləsində və əzələ toxumasunun meydana gəlməsində əsasdır. Bədən toxumasının meydana gəlməsində və zülal sintezində fosfor mineralı istifadə edilər.

A vitamini cəhətdən çox zəngin

Göz sağlamlığı ilə birlikdə dəri sağlamlığı üçün də əhəmiyyətli bir vitamin olan A vitamini süddə kifayət qədər var.

E vitamini

Yaşlanma əleyhdarı anti aging vitamin olan E vitamini süddə əhəmiyyətli miqdardadır.

Keyfiyyətli zülal qaynağı

Südün ehtiva etdiyi zülal heyvansal zülal olaraq maddələr mübadiləmizi sürətləndirən quruluşdadır.

Səhər və naharda süd içmək, günorta və axşam yeməklərində- qatıq, ayran qəbul etmək naharın keyfiyyətini və gücünü artıran qidalardır.

Yüksək təzyiqlə mübarizədə süd köməkçidir

Südün tərkibində olan kalsium və fosfor ayrıca bədənin qan təzyiqini nizamlamaqda köməkçi və beləcə yüksək təzyiq riskini azaltmaqdadır.

Çox natriumun atılmasında təsirlidir

Süddə olan kalsium, çox natriumun sovrulmasına maneə törətdiyi kimi atılmasında da funksionaldır.

Uşaqların sağlam böyüməsində diqqətə çarpan təsiri vardır

Böyümə, inkişaf və boy uzanmasına təsir edən bir çox faktor vardır. Ancaq kafi ölçüdə süd qəbulu əhəmiyyətli və hiss edilər dərəcədə müsbət təsir göstərər.
Diaspora