Amerikalı və yapon robotların dueli təşkil olunacaq?

Amerikalı və yapon robotların dueli təşkil olunacaq? backend

Yaponiyanın “Suidobashi Heavy İndustry” şirkəti ABŞ-ın “MegaBot Mk.II” döyüş robotunun yaradıcılarının duelə çağırışını qəbul edib.

İKT.lent.az-ın “N+1” saytına istinadən yaydığı xəbərə görə, robotların döyüşü il ərzində təşkil oluna bilər, dəqiq tarix və yeri təyin etmək hüququ yaponlara verilib.

“MegaBot Mk.II” robotu “Autodesk” firmasının dəstəyi ilə hazırlanıb. Robot boyalı diyircəklərlə atəş açan topla təchiz olunub. “YouTube”da robotun imkanlarının nümayiş olunduğu video yerləşdirilib. Hazırda “MegaBots” şirkəti addımlayan döyüş robotunun yaradılması üzərində çalışır.

Yapon “Kuratas” robotu da döyüş robotları kateqoriyasına aiddir. O, 2012-ci ildə təqdim olunub. Hündürlüyü 4 metrə yaxın, çəkisi 4,5 tondur. Lakin amerikalı robotdan fərqli olaraq, yapon robotu avtonom rejimdə yox, içərisindəki operator tərəfindən idarə edilir.

Əgər döyüş baş tutarsa, elmi-fantastik romanlar və filmlərdəki səhnələr gerçəkləşmiş olacaq.


Diaspora