Müasir meqapolisləri iri ticarət mərkəzləri olmadan təsəvvür etmək mümkün deyil. Bəzi şəhərlərdə isə "mall"lar öz böyüklüyünə və möhtəşəmliyinə görə "şəhər içində şəhər" təəssüratı yaradır.
Trend dünyanın ən məşhur ticarət mərkəzlərini təqdim edir:1. "Dubai Mall" - dünyanın ən böyük ticarət mərkəzi. 1,2 milyon kv.m ərazini əhatə edir. Ticarət mərkəzinə ikimərtəbəli yol aparır. Burada xizəkdə sürüşmək üçün olimpiya ölçüsündə buz meydançası, 22 ekranlı kinoteatr və s. var.
2. "Dubai Mall"da 33 min balıq növünün, o cümlədən köpək balığı və skatların olduğu ən iri üstüörtülü, talvarlı akvarium da mövcuddur.
3. Bundan başqa, "Dubai Mall"da öz təbii böyüklüyündə üzgüçü heykəlləri ilə bərabər şəlalə də var.
4. Ticarət mərkəzində alış-verişdən yorulanlar dəvələrdən istifadə edə bilərlər.
5. "İbn Battuta Mall" - Dubayda yerləşir, məşhur ərəb səyyahı İbn Battutanın şərəfinə adlandırılıb. Ticarət mərkəzinin zalı orta əsr şəhərlərinin interyerini canlandırır.
6. "West Edmonton Mall" - Kanadanın Albert şəhərində yerləşir. Dünyada 5-ci ən böyük ticarət mərkəzi sayılır. Burada müxtəlif attraksionlarda əylənmək, kazinoda vaxt keçirmək, həmçinin kilsəyə getmək olar. Mərkəzin zalında Xristofor Kolumbun 1492-ci ildə Atlantik okeanını üzüb keçdiyi gəminin öz təbii böyüklüyündə maketi də var.
7. Elə "West Edmonton Mall"da 3 sualtı qayıq maketindən isttifadə etməklə içəri girmək olar.
8. "Mall of America" - Minnesotada yerləşir. Burada "Nickelodeon" uşaq telekanalının nəhəng karusellərdən ibarət əyləncə parkı var.
9. Burada 2009-cu ildə açılan əyləncə parkının ərazisi 28 min kv.m təşkil edir.
10. Kuala Lumpurda yerləşən "Berjaya Times Square" göydələnində də möhtəşəm attraksionlarda əylənmək mümkündür.
11. Yeni ilə yaxın "Berjaya Times Square"nin bütün zalları ənənəvi Malayziya üslubunda bəzədilir.
12. Las-Veqasda "Venetian" ticarət-əyləncə kompleksində şəxsi hotel və kazinolar var. Ziyarətçilər isə kanallarda qonolalar vasitəsilə gəzə bilərlər.