Ginnesin rekordlar kitabı İkinci Tiffani adlı 26 yaşlı pişiyi dünyanın ən yaşlı pişiyi kimi qeydə alıb. Bu barədə nəşrin rəsmi saytında qeyd olunub.
Kaliforniyada yaşayan Tiffani 1988-ci ildə anadan olub. Sahibi onu altı aylıq olanda zoomağazadan 10 dollara alıb.Qeyd olunur ki, insan yaşı ilə hesablayanda Tffaninin təxminən 125 yaşı var. Heyvan görmə, eşitmə qabiliyyətini, fiziki aktivliyini saxlasa da yüksək qan təzyiqindən əziyyət çəkir. Tiffani əsasən pişik yeməkləri ilə qidalanır. O, vaxtının çoxunu evdə olur, nadir hallarda gəzməyə çıxır.