Heyvan hüquqları müdafiəçilərinin etirazlarına baxmayaraq, Çinin cənub-qərbində illik it əti festivalı işə başlayıb. Yay gün dönümünü qeyd etmək üçün, Yulin şəhərində keçirilən İt Əti Festivalında bazar günü və bazar ertəsi təxminən 10 min it kəsiləcək.
Tianjin-dən olan bir yaşlı məktəb müəllimi onlarla itin həyatını xilas etmək üçün onları aldğına görə xəbər başlıqlarına düşüb.Yulin sakinləri və satıcılar bildirir ki, heyvanlar “insani yolla” öldürülüb.
Fəallar bildirir ki, itlərin qətli amansızlıqdır və festivalı yasaqlamaq üçün həyata keçirilən onlayn kampaniyaya 3.8 milyondan çox insan qoşulub.
Bu il həyata keçirilən kampnaiya həm yerli, həm də xarici ünlülərin də dəstəyini qazanıb.
Britaniya komediya ustası Ricky Gervais də daxil olmaqla, məşhurlar Twitter-də, #StopYuLin2015 həştəqindən istifadə etməklə, festivala etirazlarını bildirirlər.
Çinin pop ulduzu Chen Kun və aktyor Yang Mi kampaniyaya qoşulduqlarını bildiriblər.