Yeni araşdırmalar zamanı qara üzümün qadınlarda yumurtalıq kistalarının müalicəsində faydalı olduğu ortaya çıxıb. Aile.lent.az-ın məlumatına görə, araşdırma zamanı qadınlarda yumurtalıqlarda böyümə və çox kista yaranması ilə baş verən polikistoz over sindromunun qara üzümün tərkibində olan resveratrol adlı birləşim sayəsində müalicə oluna biləcəyi müəyyənləşib.
Polikistoz over sindromu yüzdə 5-10 qadında görülür. Bu problem aybaşı pozğunluğu, sızanaq, piylənmə, insulin qalxması, tüklənmə, sonsuzluq, düşmə riski, eyni zamanda damar sərtliyi, uşaqlıq və döş xərçəngi riskini də artırır. Bu sindromla müalicədə qara üzümün faydası var.Resveratrol maddəsi qara üzümlə yanaşı ərik, tut, fındıq, almada olan polifenol birləşimdir. İltihab azaldıcı təsiri var, buna görə damar sərtliyi, xərçəng, alzehmir xəstəliyinə qarşı da qoruyur.
Bundan başqa resveratrol maddəsinin endometriozis xəstəliyinə də faydalı olduğu deyilir. Endometriozis - qarın ağrısı, ağrılı aybaşı, sonsuzluq, qarın içində yapışqanlıq, cinsi yaxınlıq zamanı ağrı və yumurtalıqda qanayan kistalarla yaşanan bir xəstəlikdir.