Soyuducuya xırda pul qoymağın faydası...
Siz evdə olmadığınız müddətdə elektriklərin kəsildiyini, ət məhsulların buzunun əridiyini və yenidən donduğunu bilə bilməzsiniz, elə deyilmi?ABŞ-dakı bəzi bölgələrdə Mathew qasırğası sonrası evlərini tərk etmək məcburiyyətində qalan insanlar üçün Sheila Pulanco Rassel adlı bir xanım qəribə üsul təklif edib və bu üsul paylaşma rekordları qırır.
Belə ki, Sheila-nın üsuluna görə evdə olmadığınız müddət ərzində elektriklərin kəsilib-kəsilmədiyini və bu yolla yeməklərin xarab olub-olmadığını anlaya bilərsiniz.
Bunun üçün lazım olanlar: Bir ədəd fincan, su və bir ədəd metal pul.
Soyuducunun dondurucusuna əvvəlcə içi su ilə dolu fincanı yerləşdirin və donmasını gözləyin. Donduqdan sonra üzərinə metal pul qoyub yenidən dondurucuya qoyun.
Əgər siz evdə olmayan müddətdə elektriklər kəsilibsə, metal pul aşağı doğru düşübsə, yeməklər xarab olmuş deməkdir. Əgər pul buzun üzərində durursa, hər şey qaydasındır, demək, yeməklər, ət məhsulları xarab olmamışdır.
Qadin.az