Pandemiyanın ilk günlərində yaşlıların virusa müqavimət gücünün aşağı olması xüsusi qabardılırdı. Amma onlar heç də həmişə infeksiyaya asan təslim olmurlar.
Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Almaniyada 99 yaşlı qadın virusa qalib gəlib. “Deutche Welle”yə danışan Elza indi özünü yaxşı hiss edir. Az qala, bir əsr yaşayan qadın uzun müddət müalicə prosesi keçib. O, həmin müddətdə özlüyündə bir çox məsələlərə aydınlıq gətirməyə çalışıb. İkinci Dünya Müharibəsinin məşəqqətini görən Elza bir mətləbi müəyyənləşdirib.“Özümə çox sual verdim. Hansı daha təhlükəliydi: müharibə, yoxsa epidemiya? Məncə, müharibə daha pis idi”, - Elza belə deyir.
Alman qadın indi çəkdiyi əziyyətlərin çoxunu xatırlamaq istəmir. Elza bütün gerçəkləri özünə deməyi bacarmaq lazım gəldiyini düşünür: “Bu yaşa qədər gəlmək asan deyil. Düzünü deməyimi istəyirsiniz? 100 yaşım tamam olmadan ölmək istərdim. Bircə məqsədim var. Gənclərə göstərim ki, 100 yaşında da ayaqda olmaq mümkündür”.