Yaponiyalı elm adamları kosmos boşluğunda 3 il canlı qala bilən və radiasiyaya davam gətirən bir bakteriya növü kəşf edib.
Qazilər.az Moderator.az-a istinadla xəbər verir ki, yaponiyalı elm adamlarından ibarət olan qrup Beynəlxalq Kosmik Stansiyada həyata keçirilən sınaqda stansiyadan kənarda yerləşdirdikləri bakteriyanı 3 il boyunca müşahidə edib.Bu müddət ərzində sözügedən bakteriyanın radiasiyaya məruz qalmasına rəğmən canlı qaldığı görülüb. Davamlılığına görə, "Süper bakteriya" adı verilən canlının "Deinococcus" növü bir bakteriya olduğu ifadə edilib.