ABŞ Müdafiə Nazirliyinin rəhbəri Eşton Karter Brüsseldə NATO üzrə tərəfdaşlara müraciət edərək onları kibermühafizəyə daha çox diqqət yetirməyə çağırıb.
O qeyd edib ki, NATO əvvəlcə kiberhücumlardan mühafizəni qurmalı, sonra kiberməkanda hücum imkanlarını genişləndirmək barədə düşünməlidir.
E.Karterin sözlərinə görə, NATO-nun Estoniyada yerləşən Kibermühafizə Mərkəzi gələcəkdə təkcə nəzəri işlərlə məşğul olmamalı, həm də kiberməkanın mühafizəsi üzrə praktiki tədbirlərdə daha əhəmiyyətli rol oynamalıdır.
Qeyd olunur ki, bir sıra ekspertlər və NATO ölkə rəhbərləri E.Karter ilə razı deyillər. Belə ki, onlar artıq indidən kiberməkanda mühafizə haqqında deyil, hücum barədə düşünməyi lazımlı bilirlər, - "Interfax” yazır