Avropanın aparıcı internet mağazaları nə qədər qazanc əldə edib? - REYTİNQ

Avropanın aparıcı internet mağazaları nə qədər qazanc əldə edib? - REYTİNQ backend

Elektron ticarətə həsr edilən "Internet Retailer” bloqu Avropanın aparıcı internet mağazalarının illik reytinqini dərc edib.

QAZİLER.AZ saytı xəbər verir ki, İKT.lent.az-ın “Payspacemagazine”yə istinadən xəbərinə görə, ilk onluğa “Amazon”, “Otto Group”, “Tesco Stores”, “Staples”, “Apple”, “Home Retail Group”, “Cnova”, “Zalando”, “Asda” və "Direct” mağazası daxildir.

2014-cü ildə Top-500-ə daxil olan bütün internet mağazalarının ümumi satışı əvvəlki illə müqayisədə 15,6 faiz artaraq 124 milyard avro təşkil edib. Avropanın Top-500-nə daxil olan internet mağazaları Avropada bütün elektron ticarətin 29 faizini generasiya edir.

Reytinqə görə, “Amazon” 21 milyard avroluq internet satışı ilə mütləq lider olmaqla ikinci pillədə qərarlaşan və 2014-cü ildə satış həcmi 6,5 milyard avro təşkil edən "Otto Group” şirkətini geridə qoyub. “Amazon” həmçinin satış həcmini 20 faiz artırdığına görə siyahının ilk onluğunda ən sürətlə inkişaf edən şirkətdir. Müqayisə üçün qeyd edək ki, “Otto” və “Tesco”nun satışı müvafiq olaraq 8,3 və 11,1 faiz yüksəlib.

Lakin “Amazon” Avropanın elektron ticarət bazarının Top-500-də ən sürətlə inkişaf edən şirkət deyil. Burada birincilik Türkiyənin onlayn geyim və aksessuar satışı ilə məşğul olan “Morhipo” pərakəndə satış şirkətinə məxsusdur. Şirkətin satışı ötən il 116,7 faiz - 65 milyon avroyadək artıb. Ən sürətlə inkişaf edən şirkətlər arasında “Wikimart” (Rusiya), “Elgiganten” (Danimarka), “Claire’s (Böyük Britaniya) və “Hepsiburada.com” (Türkiyə) yer alıb.
Diaspora