“GİZLİ TARİX“ kanalı bu dəfə görkəmli sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusiya və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi Əmir Teymurun həyatından maraqlı fakt haqda video hazırlayıb
Əmir Teymurun oğlu şahzadə Miranşah atasının yerinə keçmək həvəsinə düşür. Bu barədə ingilis tədqiqatçısı Castin Marozzi özünün “Tamerlan” əsərində yazır. O, qeyd edir ki, bu xəbəri Teymura oğlu Miranşahın arvadı Xanzadə Xəzər sahillərindən gətirir. Gəlini Teymura bildirir ki, Miranşah ağlını itirib, hətta Teymurun taxtına sahib olmaq iddiasına düşüb. Bu barədə Teymurun dövründə yaşamış ərəb tarixçisi Ərəbşah yazır ki, Miranşahın Teymuru devirmək haqqında atasına məktub yazdığını öz gözləri ilə görüb.Məktubda deyilir:
“Artıq sənin elə bir dövrün çatıb ki, məscidin bir küncündə oturub Allaha dua və ibadət etməli, ölümünü gözləməlisən. Bunu sənin yaxşı olmayan səhhətin, itirilmiş illərin, tükənmiş gücün və imperiyanı idarə edə bilməməyin tələb edir. Sənin oğlanlarının və nəvələrinin arasında elələri var ki, sənin ordularına sərkərdəlik edə bilər, sən işğal etdiyin kimi qanunları da idarə edir, qanunsuzluqlar yaradırsan. Sən onları sağlamlıqları hesabına yedirirsən. Sən özünü müdafiəçi kimi göstərib, onların ürəyini və cəsədini yandırırsan. Qoyduğun təməl bədbəxtlik təməlidir. Sən irəli ancaq əyri yolla gedirsən...”
Bütün bunlardan sonra Miranşah Teymurun qəzəbindən canını qurtara bilsə də, ancaq tacdan məhrum edilərək atasının gözündən düşmüş oldu.
Qaziler.az bununla bağlı kanalın hazırladığı video-materialı təqdim edir: