Yarım tonluq ayı stomatoloq yanında

Yarım tonluq ayı stomatoloq yanında backend

ABŞ-ın Vaşinqton ştatının Takoma şəhərindəki zooporkın sakinlərindən birini həkimə aparmağa məcbur olublar. QAZİLƏR saytı xəbər verir ki, Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, 29 yaşlı "Boris" ləqəbli qütb ayısının dişi iltihablı olduğundan onu stomatoloq yanına aparıblar.

500 kiloqramlıq ayını uyuşdurucu iynə vurduqdan sonra 12 nəfərin köməyi ilə palataya aparıblar. Dişi ilə yanaşı, onun gözündə də əməliyyat aparılıb.
3 saat davam edən əməliyyatdan sonra Borisə pəhriz tətbiq edilib.
Diaspora