20 milyon quşu cərəyan vurub

20 milyon quşu cərəyan vurub backend

Rusiyada hər il hava elektrik ötürücü xətlərində elektik cərəyanı vurmasından 7-20 milyon quş ölür. QAZİLƏR saytının "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, bunu Rusiya təbii sərvətlər və ekologiya nazirinin müavini Rinat Qizatulin deyib.

Onun sözlərinə görə, onlardan 3 milyonu yırtıcı quşlardır.
Nazir müavini qeyd edib ki, ölən 10 minlərlə quş Rusiyanın Qırmızı Kitabına salınıb.

R.Qizatulin əlavə edib ki, elektrik ötürücü xətlər, transformator yarımstansiyaları və paylayıcı qurğuların quşların müdafiəsi üçün müasir qurğularla təchiz edilməməsi Rusiyanın nadir və məhv olmaqda olan quş növlərinin genefonduna təhlükə törədir.
Diaspora