Barış Mançonun oğlu ilk dəfə atasının əsil adını açıqladı

Barış Mançonun oğlu ilk dəfə atasının əsil adını açıqladı backend

Doğukan Manço "YouTube” kanalında bir zamanların əfsanəvi sənətçisi, 1999-cu ildə vəfat edən atası Barış Manço ilə bağlı "Barış Mançonun əsl adı” adlı bir video paylaşıb.

Qazilər.az xəbər verir ki, o, "Barış Mançonun əsl adı" adlı videosunda atası haqqında bəzi şeyləri ilk dəfə dilə gətirib və Barış Mançonun əslində bir neçə adının olduğunu söyləyib.

"II Dünya Müharibəsi zamanı əmim dünyaya gəlib və gündəmə uyğun olaraq ona Savaş adı qoyulub. İllər keçdikdən sonra, insanlar sülhün həsrətiylə müharibənin bitməsini gözləyəndə atam doğulub. Atamın ilk adı Məhmətdir, babası Məhmət Abdi Mançodan gəlir. İnci Manço bibimdən eşitdiyimə görə, 1942-ci ildə əmisi oğlu Yusif Ulcay vəfat edib, 1943-cü ildə isə atam dünyaya gəlib.

Onu da yad etmək məqsdəyilə atama Yusif adı əlavə edilib. Hələ bununla da iş bitməyib. Beş kilo yarıma yaxın çəkidə doğulduğu üçün xəstəxanadakı tibb bacıları "Qoy bunun adı Tosun olsun”, - deyiblər. Beləcə, adı sənədlərdə "Tosun Yusif Məhmət Barış Manço” olaraq qeyd edilib. 1954-cü ildə orta məktəbə keçid imtahanına girəndə məktəbdə onu ələ salmasınlar deyə əhalinin qeydiyyatı idarəsinə gedib, adını "Tosun Yusif” yazdırıblar”.


Diaspora