İsveçin Göteborq şəhərində işləmək tələb olunmayan iş üçün vakansiya elan edilib.
Qazilər.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, həmin işin yeganə öhdəliyi yeni tikilən stansiyada işığı yandırıb söndürməkdən ibarət olacaq.Bunun üçün aylıq 2 300 dollar əmək haqqı təyin olunub. İşi qəbul edən şəxs səhər işığı yandırmaq, axşam iş gününün sonunda isə işığı söndürmək üçün stansiyaya getməlidir. Yeganə tələb işığın dəqiq vaxtında yandırılıb-söndürülməsidir.
Qeyd olunur ki, həmin vakansiyaya ABŞ, Tayvan, Filippin kimi ölkələrdən də müraciət edilib.
Vakansiya art eksperiment xarakteri daşıyır və cəmiyyətdə qeyri-bərabərliyin artmasına diqqət yönəltmək məqsədi daşıyır. Layihə İsveç İncəsənət Şurası və Nəqliyyat İdarəsi tərəfindən maliyyələşdirilir. Əməkhaqqı fondu 650 min dollardan ibarətdir.