İngiltərənin Çeşant şəhərinin dördyaşlı sakini artıq üç dil bilir.
Qazilər.az xəbər verir ki, bu barədə "Report" "The Mirror" nəşrinə istinadən xəbər verir.Bildirilir ki, Ayzek Miller (Izaak Miller) artıq iki yaşı olanda kitab oxumağa başlayıb. O, ingilis, yunan və ərəb dillərində yazmağı bacarır. A.Miller həmçinin valideynlərindən rus dilinin əlifba kitabını da almağı xahiş edib.
Psixoloq Piter Konqdon (Peter Kongdon) fikrincə, Ayzek çox yüksək intellektə və uyğun sxolastik nailiyyətlərə sahib olan uşaqdır. Millerin İQ səviyyəsi 154-də bərabərdir.